...

AVROPA ŞURASI PARLAMENT SEÇKİLƏRİ ƏRƏFƏSİNDƏ KÜTLƏVİ İNFORSMASİYA VASİTƏLƏRİNİN NÖVBƏTİ MONİTORİNQİNİ KEÇİRİB

Siyasət Materials 4 Oktyabr 2005 17:06 (UTC +04:00)
AVROPA ŞURASI PARLAMENT SEÇKİLƏRİ ƏRƏFƏSİNDƏ KÜTLƏVİ İNFORSMASİYA VASİTƏLƏRİNİN NÖVBƏTİ MONİTORİNQİNİ KEÇİRİB

Avropa Şurasının Azərbaycandakı İnformasiya ofisi parlament seçkiləri ərəfəsində KİV-lərin növbəti monitorinqini aparıb. Trend in xəbər verdiyi kimi, bu barədə oktyabrın 4-də keçirilmiş mətbuat konfransında ofisin rəhbəri İlqar İbrahimli bildirib. Ölkənin aparıcı KİV-i tərəfindən Seçki Məcəlləsində pozuntuların sayına görə, seçkiqabağı proseslərdə AzTV və Lider TV "öndə gedir".

Elektron KİV-in monitorinqində növbəti yerləri Space TV, İctimai Televiziya, ATV və ANS TV tutur.

Dövlət tərəfindən maliyyələşən qəzetlərin monitorinqi göstərib ki, "Bakı fəhləsi" qəzeti Məcəllədə pozuntular üzrə birinci yerdədir. Digər dövlət qəzetləri öz səhifələrində qərəzli materiallar dərc etməyib, bu isə müsbət amil kimi qiymətləndirilir. Müstəqil qəzetlərin monitorinqinin yekunları üzrə "Hürriyət" qəzeti 166%-lə birinci yerdədir. Ondan sonra isə "Təzadlar", "Reytinq", "Yeni Müsavat" gəlir.

İ.İbrahimlinin sözlərinə görə, monitorinq Seçki Məcəlləsinə əməl olunmasını müəyyənləşdirmək və ölkədə azad və şəffaf seçkiqabağı prosesləri təmin etmək məqsədilə keçirilir.

Monitorinq noyabrın 19-na kimi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti