...

MİLLİ DEMOKRATİK QÜVVƏLƏR BİRLİYİ ABŞ SƏFİRLİYİNƏ BƏYANAT GÖNDƏRƏCƏK

Siyasət Materials 4 Oktyabr 2005 17:29 (UTC +04:00)

"Milli Demokratik Qüvvələr Birliyi (MDQB) oktyabrın 5-də keçirəcəyi toplantısında bəyanat qəbul edərək ABŞ-ın Azərbaycandakı səfirliyinə ünvanlayacaq". Bu barədə Trend agentliyinə MDQB-də təmsil olunan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli bildirib.

E.Mirzəbəylinin sözlərinə görə MDQB-nin toplantısında ABŞ konqresmenlərinin prezident Corc Buşa müraciəti və qondarma Dağlıq Qarabağ Respublikasının yaranmasının 14 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdə bəzi ABŞ konqresmenlərinin iştirakı müzakirə ediləcək: "Biz bunun tam əleyhinəyik. Hesab edirik ki, ABŞ-ın yürütdyü ikili siyasət regionun maraqlarına uyğun gəlmədiyi halda onun Güney Qafqazdakı mövqelərini möhkəmləndirməyəcək".

MDQB təmsilçisi qəbul olunacaq bəyanatı ingilis dilində tərcümə edilərək Azərbaycanda fəaliyyət göstərən bütün səfirliklərlə yanaşı Dövlət Departamentinə də göndəriləcəyini bildirib: "Dövlət Departamenti tərəfindən razılaşdırılmış bu addımlar Azərbaycanın xeyrinə işləmir. Azərbaycan cəmiyyəti buna mütləq etiraz etməlidir".

Xəbər lenti

Xəbər lenti