...

VƏKİLLƏRİN MƏHKƏMƏSİ DAVAM ETDİRİLİB

Siyasət Materials 4 Oktyabr 2005 20:42 (UTC +04:00)

Oktyabrın 4-də Nəsimi rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) üç vəkilin fəaliyyətinə xitam verilməsinə dair iddiası ilə bağlı məhkəmə iclası davam etdirilib. Trend in məlumatına görə, həmin üç vəkil 12 saylı hüquq məsləhətxanasının vəkilləri Namizəd Səfərov, Lətifə Əliyeva və Hidayət Süleymanovdur.

VK-nın bu vəkillərin fəaliyyətinə xitam verilməsi iddiası ilə bağlı məhkəməyə müraciət etməsinin səbəbi məsləhətxanın sədri Rəşid Bagiyev vəfat edəndən sonra iyulun 11-də 12 saylı hüquq məsləhətxanasında keçirdikləri iclas olub. VK-nın rəhbərliyi həmin iclası qanunsuz hesab edib.

Məhkəmə iclasında məsləhətxananın üç vəkili Oqtay Məmmədzadə, Fazil Əliyev və Cahangir Nəsirov şahid qismində ifadə verib. Hər üç vəkil keçirilmiş iclası qanuni hesab etdiklərini, iclas zamanı bütün prosedur qaydalara riayət olunduğunu söyləyib.

Məhkəmə iclası oktyabrın 5-də digər vəkillərin şahid ifadələri ilə davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti