...

AZƏRBAYCAN, ERMƏNİSTAN VƏ GÜRCÜSTAN NÜMAYƏNDƏ HEYƏTLƏRİNİN RƏHBƏRLƏRİ AŞPA PREZİDENTİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 4 Oktyabr 2005 21:46 (UTC +04:00)
AZƏRBAYCAN, ERMƏNİSTAN VƏ GÜRCÜSTAN NÜMAYƏNDƏ HEYƏTLƏRİNİN RƏHBƏRLƏRİ AŞPA PREZİDENTİ İLƏ GÖRÜŞÜB

Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndə heyətlərinin rəhbərləri oktyabrın 4-də AŞPA prezidenti Rene van der Lindenlə görüş keçirib. Trend in Strasburqda olan xüsusi müxbiri bildirir ki, görüşdən sonra Azərbaycan parlament nümayəndə heyətinin sədri Səməd Seyidov açıqlama verərək bu gün əsasən üç məsələnin müzakirə olunduğunu deyib: Azərbaycanda parlament seçkiləri, Ermənistanda konstitusiya və Gürcüstanın götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vaxtının çatması məsələləri müzakirə olunub.

Bununla bağlı olaraq həm görülmüş işlər, həm də mövcud problemlər haqqında məsələlər müzakirə olunub.

Linden Azərbaycanda keçiriləcək seçkilərə AŞPA tərəfindən çox böyük diqqət olduğunu vurğulayıb və qeyd edib ki, həmin seçkilərin monitorinqini aparan AŞPA nümayəndələrinin sayı artırılacaq.O, nümayəndə heyətinin rəhbərindən xahiş edib ki, bu məsələlər Azərbaycan prezidentinin diqqətinə çatdırılsın.

O, Ermənistanda konstitusiyanın AŞ qaydalarına uyğun keçirildiyini, Gürcüstanda isə öhdəliklərin yerinə yetirilməsinin vaxtının çatdığını bildirib.Həmçinin bununla bağlı bütün təşkilatlarda qeydiyyat və qeydiyyatın aparılması məsələləri müsbət qiymətləndirilib, mitinqlərlə bağlı müzakirələr aparılıb.

S.Seyidov bildirib ki, "mən nümayəndə heyətinin rəhbəri kimi mitinqlərin dinc və qanun çərçivəsində keçirilməsi üçün Azərbaycan hökumətinin əlindən gələni etdiyini qeyd etdim".

Nümayəndə heyətinin rəhbəri bildirib ki, seçkilərlə bağlı vəziyyəti gərginləşdirmək, Azərbaycanın beynəlxalq imicinə təsir göstərmək bəzi qüvvələrin maraq dairəsindədir.

Sonda seçkilərlə bağlı bildirilib ki, Azərbaycan daim AŞPA ilə birbaşa əlaqədə olsun, yaranmış problemlərin həll edilməsi istiqamətində birgə fəaliyyət göstərsin.İkinci məsələ isə təbii ki, Dağlıq Qarabağ problemi ilə bağlı idi.S.Seyidov: "Mən bildirdim ki, alt komitə AŞPA tərəfindən yaradılıb. Üç qətnamənin həyata keçirilməsi ilə bağlı hansısa yeni sənədin yenidən PA-da müzakirəsindənsə, qəbul olunmuş qətnamədə göstərilmiş məsələlərin həyata keçirilməsi ilə məşğul olmaq bizim üçün daha vacibdir.Bu məsələ AŞPA tərəfindən qəbul olundu və bizim alt komitənin gələcək iclasında bu məsələnin həm Azərbaycan, həm də AŞPA tərəfindən çatdırılması əsas olacaq"-deyə bildirib.

Xəbər lenti

Xəbər lenti