...

AKİF NAĞI HƏRBÇİLƏRİN SƏSVERMƏSİNİN TƏMİN OLUNMASI İLƏ BAĞLI MSK-YA MÜRACİƏT EDİB

Siyasət Materials 5 Oktyabr 2005 12:31 (UTC +04:00)

16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd Akif Nağının seçki qərargahının rəhbəri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova müraciət edib. Bu barədə Trend ə seçki qərargahından məlumat verilib. Müraciətdə bildirilir ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq müddətli hərbi xidmətdə olanların səsverməsi ilə bağlı məsələ hələ də həll olunmayıb. Belə ki, Seçki Məcəlləsinin 35.5, 46.4, 47.3, 86.6-cı maddələrinə görə, müddətli hərbi qulluqda olan Azərbaycan vətəndaşları ümumi seçki məntəqələrində səs verməli, hərbi hissələrdə namizədlərin təşviqat aparması üçün şərait yaradılmalıdır. Lakin indiyədək bu tələblər yerinə yetirilməyib.

Akif Nağının seçki qərargahı hərbçilərin səslərindən ayrı-ayrı namizədlərin xeyrinə saxtakarlıq məqsədilə istifadə olunması ehtimalından narahatlığını bildirib. MSK-dan müddətli hərbi qulluqçuların ayrıca yaradılacaq məntəqədə səs verməsinin təmin olunması tələb edilir. Müraciətdə diqqətə çatdırılır ki, Yasamal seçki dairəsinin ərazisində hərbçilərin hissə-hissə bölünərək bütün məntəqələrdə səs verməsinə imkan var. Ona görə də Akif Nağı və onun seçki qərargahı MSK rəhbərindən qanunun tələblərini yerinə yetirərək hərbçilərin ümumi seçki məntəqələrində səs verməsinin təmin olunmasını xahiş edib.

Xəbər lenti

Xəbər lenti