...

MDB HÖKUMƏT BAŞÇILARI ŞURASININ İCLASINDAN 30-DAN ARTIQ MƏSƏLƏ NƏZƏRDƏN KEÇİRƏLƏCƏK

Siyasət Materials 5 Oktyabr 2005 13:09 (UTC +04:00)

MDB ölkələri hökumət başçıları Şurasının növbəti iclasının noyabrın sonu dekabrnı əvvəllərində keçirilməsi planlaşdırılıb. Bu barədə Trend ə MDB İcraiyyə Komitəsinin Minskdə yerləşən mənzil-qərargahından məlumat verilib.

İclasda 30-dan artıq məsələnin müzakirə olunacağı gözlənilir ki, onlardan 21-i artıq baxılmaq üçün hazırdır. Həmin məsələlər arasında Birlik dövlətlərinin ümumi elektrik enerji bazarının yaradılması, MDB-nin daxili bazarında və üçüncü ölkələrin bazarlarında milli mal istehsalçıları tərəfindən buraxılan (2010-cu ilə kimi) rəqabətə davamlı məhsulların irələləməsi üzrə orta təcili tədbirlər kompleksi barədə məsələlr var. Gündəliyin layihəsinə həmçinin sərhədyanı əməkdaşlıq konvensiyasının layihəsi və təbbi və texnogen xarakterli fövqəladə vəziyyətlər zamanı Hökumətlərarası Şuranın Nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi barədə məsələ də daxildir.

MDB üzvü olan ölkələrin hökumət başçıları Şurasının iclasında müzakirə olunmadan 25 sənədin imzalanması təklif olunur. Onların sırasında texniki reqlamentlərin harmonizasiyasının əsasları barədə; xarici siyasət gömrük statistikasının vahid metodologiyası haqda; gənclərlə iş sahəsində əməkdaşlıq barədə razılaşma da var.

İmzalanmağa hazırlanan sənədlərin əsas bloku müdafiə xarakterli məsələlərə və hüquq-mühafizə idarələrinin qarşılıqlı fəaliyyəti problemlərinə həsr olunub. Hərbi məsələlər blokunda MDB dövlətlərinin silahlı qüvvələrinin havadan hücum qüvvələrinə və vəsitələrinə qarşıdurmasının kompleks proqramının təminatı barədə sənədlərin imzalanması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti