...

OKTYABRIN 5-DƏ AŞPA-NIN PAYIZ SESSİYASINDA 4 MƏSƏLƏ MÜZAKİRƏ OLUNACAQ

Siyasət Materials 5 Oktyabr 2005 15:20 (UTC +04:00)

Oktyabrın 5-də AŞPA-nın payız sessiyasında 4 məsələ müzakirə ediləcək. Trend in Strasburqda olan xüsusi müxbiri bildirir ki, sessiyanın gündəliyinə Ukraynanın öhdəliklərinin yerinə yetirilməsi və borcları, Avropanın qonşuluq siyasəti, Qaradəniz əməkdaşlığı və dünya iqtisadiyyatı üzrə məruzələr daxildir.

Birinci məsələ ilə bağlı AŞPA monitorinq komitəsinin Danimarkadan olan üzvü xanım Hanna Severinson və Lixtenşteyndən olan üzvü Renet Volvend, ikinci məsələyə dair siyasi və iqtisadi əlaqələr komitəsinin bir neçə məruzəçisi çıxış edəcək.

Qara dəniz əməkdaşlığı və dünya iqtisadiyyatı mövzusunda iqtisadi əlaqələr və inkişaf komitəsinin məruzəçisi Konstantinos Vrettos çıxış edəcək.

Bundan başqa, Portuqaliya Nazirlər komitəsinin sədri Fernando d,Olivyera Neves sualları cavablandıracaq.

Xəbər lenti

Xəbər lenti