...

MURAD MƏRCAN: TÜRKİYƏ-AZƏRBAYCAN SƏRHƏDDİNİN AÇILMASI ÜÇÜN YEREVANIN ƏRAZİ İDDİALARINDAN İMTİNA ETMƏSİ VACİBDİR

Siyasət Materials 5 Oktyabr 2005 17:27 (UTC +04:00)
MURAD MƏRCAN: TÜRKİYƏ-AZƏRBAYCAN SƏRHƏDDİNİN AÇILMASI ÜÇÜN YEREVANIN ƏRAZİ İDDİALARINDAN İMTİNA ETMƏSİ VACİBDİR

AŞPA-DA TÜRKİYƏNİN NÜMAYƏNDƏ HEYƏTİNİN BAŞÇISI MURAD MƏRCANLA MÜSAHİBƏ

- Murad bəy, Türkiyə ilə Avropa Birliyi arasında danişhiqlarin gələcək perspektivlərini nəcə qiymətləndirirsiniz?

- "Turkiyə AB-lə muzakirələrə başlayan ilk turk və islam dövlətidir.Ümid edirəm ki, muzakirələrin sonunda Turkiyə AB-nin tam huquqlu uzvu olacaq.

Bu prosəsin butun dunya ucun boyuk əhəmiyyəti var. Hər şəydən əvvəl, sozugədən muzakirələrin başlanmasi ilə muxtəlif mədəniyyət, din və irgdən olan insanlarin bir arada yaşaya biləcəyinin simvolu olacaq.

Bunu iddia ədirik və məhz bu iddiamizin da muvəffəg olmasina nail olmaga calişiriq. Yəni ki, Turkiyənin AB-nə uzv olmasi "mədəniyyətlərin toqquşmasi" tezisini dəstəkləyənlərin butun iddialarini boşa cixaracaq.

Turkiyənin AB-lə uzvluk danişiqlari 10 ildən artiq davam edəcək. Muzakirələrin cərcivə sənədinə nəzər yetirdiyimiz zaman Turkiyənin Ermənistana qarşi hər hansi öhdəliyi yoxdur. Təbii ki, Ermənistan Turkiyə ilə sərhədlərinin acilmasini istəyir.

Əlbəttə, biz də istəyirik ki, qonşularimizla yaxşi yola gedək. Amma bunun ucun bəzi şərtlər yerinə yetirilməlidir. Bu şərtlət yerinə yetirilmədən, boş yərə həc nə gözləmək lazim deyil. Turkiyə -Ermənistan sərhəddinin acilmasi ucun gərək ilk oncə rəsmi Yerevan oz qonşulariyla yaxşi munasibətlər yaratmalı, başqalarinin torpaqlarinda gozu olmamalidir.

O, torpaqlara iddia etməməlidir. Bu olmadiqca, Turkiyə-Ermənistan munasibətlərinin yaxşilaşmasini gözləmək lazim deyil".

- Baki-Tbilisi-Ahalkalaki dəmiryolu layihəsi Türkiyə üçün nə kimi əhəmiyyətə malikdir?

- Turkiyə ucun BTA layihəsi böyuk əhəmiyyətə malikdir. "Bu yol Turkiyənin Şərqə cixişi, Şərqdə yerləşən ölkələrlə mal və xidmət dövriyyəsini surətləndirəcək. Vaxtaşiri problemlərin yaranması təbiidir. Və onlar oz həlləini tədricən tapacaq. Bu layihəyə olan umidimiz davam edir.

- Siz ABŞ Konqresində "erməni soyqırımı" ilə bağlı iki sənədin müzakirəsini necə şərh edərdiniz?

- Dünyanın muxtəlif olkələrinin parlamentlərində Turkiyənin əleyhinə olan sənədlər vaxtaşiri muzakirə olunur. Təbii ki, sozugedən sənəd layihələri erməni lobbisinin əməlləridir. Turkiyə oz tarixi ilə uzləşməyə hazirdir. Rəsmi Ankara Ermənistana xususi elmi komissiyanin yaradilmasini və bu komissiyada soyqirim iddialarinin muzakirə edilməsini təklif edib.

Biz oz arxivlərimizi acmaga hazir olsaq da, amma Ermənistan tərəfi bu təklifə musbət cavab vermədi. Bu mövzularda Ermənistan ciddi və səmimi olmalidir. Çunki dövlət işləri ciddiyyət və səmimiyyət tələb edir. Ermənistan hazirki movqəyi ilə həc nə əldə ədə bilməyəcəyini hər kəs yaxşi anlayir.

- AB-nin Cənubi Qafqaz ölkələri uzrə xususi numayəndəsi Heyki Talvityenin ötən həftə Ermənistanda verdiyi açıfqlamada bildirib ki, "Azərbaycani Cənubi Kiprlə yaşadigi problemlər ucbatindan AB-nin yaxin qonşuluq siyasətində muəyyən gecikmələr yaşanir"...

- Azərbaycanın AB-lə yaxinlaşmağa çoxdan haqqı var. Azərbaycanin AB-lə munasibətlərinin musbətə dogru inkişav etməsi təkcə rəsmi Baki ucun deyil, həm də AB ucun də boyuk əhəmiyyət kəsb edir. Azərbaycan cox vacib bir olkədir. 200-300 minlik əhaliyə sahib Cənubi Kipr Azərbaycanla Şimali Kipr turkləri arasindaki munasibətlərə xələl gətirə bilməz. Yenə də məntiqli anlayiş qalib gələcək və kiprli yunanlar öz istəklərinə nail ola bilməyəcəklər.

- Turkiyə-Azərbaycan munasibətlərinin gələcək perspektivlərini nəcə gorursunuz?

- Mərhum prezident Həydər Əliyev cox gözəl demişdi ki, biz bir millət, iki dovlətik. Bizim dostlugumuz və gardaşligimiz əbədi olacaq Biz bir millətin unsurləriyik.

Biz iqtisadi və sosial sahədəki əlaqələrimizi genişləndirərək, aramizdaki mədəniyyət sahəsindəki baglari gucləndirərək daha da yuksək səviyyəyə catdirmaga calişiriq.

Mən Azərbaycanla Turkiyəni ətlə-dirnaq kimi görurəm. Bizim dovlətlərimiz hər zaman hər yerdə bir-birilərinə dəsrək verəcəklər.

Xəbər lenti

Xəbər lenti