...

BAKI MERİYASI AZƏRBAYCAN NAMİNƏ SEÇKİ BLOKUNA MİTİNQ KEÇİRMƏKLƏ BAĞLI İCAZƏ VERİB

Siyasət Materials 5 Oktyabr 2005 17:28 (UTC +04:00)

"Bakı meriyası tərəfindən Azərbaycan Naminə seçki blokunun oktyabrın 7-də "Qələbə" meydanında saat 17.00-dan 19.00-dək planlaşdırdığı mitinqə icazə verilib". Bu barədə Trend agentliyinə adıçəkilən blokun mərkəzi seçki qərargahının rəhbəri Taleh Əliyev bildirib.

Onun sözlərinə görə, seçki blokuna daxil olan dörd partiya və 40-dan çox qeyri hökumət təşkilatları mitinqə 10 mindən çox insan çıxaracaq: "Biz digər bloklardan fərqli olaraq mitinqimizi mədəni kütləvi tədbirlər proqramı çərçivəsində keçirəcəyik". T.Əliyev bu fərqliliyi mitinqdə çıxışlar arası müğənnilərin də musiqi proqramları ilə çıxış edəcəklərini bildirib.

Mitinqin sırf seçkilərlə bağlı keçiriləcəyini deyən T.Əliyev bloka daxil olmayan başqa partiya funksionerlərinin də meydana gələcəklərini deyib. Səslənəcək şüarlara gəlincə isə bunların "Qarabağ" və "Azad seçkilər"lə bağlı olacağını bildirib: "Biz yalnız seçkilərin şəffaf və demokratik keçirilməsini istəyirik. Digər bloklar kimi mitinqlərimizi hər hansı bir məqsəd üzərində qurmuruq".

Xəbər lenti

Xəbər lenti