...

AZƏRBAYCAN PREZİDENTİ MDB MƏSƏLƏLƏRİNİ VLADİMİR RUŞAYLO İLƏ MÜZAKİRƏ EDİB

Siyasət Materials 5 Oktyabr 2005 18:38 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 5-də MDB İcra komitəsinin sədri, MDB-nin icraçı katibi Vladimir Ruşaylonu qəbul edib.

V.Ruşaylo bildirib ki, onun Bakıya səfərinin əsas məqsədi MDB-nin Kazan Sammiti qərarlarının həyata keçirilməsinin müzakirəsi və iqtisadi inteqrasiya məsələləri üzrə fikir mübadiləsinin aparılmasıdır.O, bildirib ki, MDB-nin müşahidəçilər missiyası 6 oktyabrda Azərbaycanda keçiriləcək seçkiqabağı vəziyyətlə bağlı monitorinqə başlayacaq. "Bizim əsas məqsədimiz keçiriləcək seçkilərə obyektiv qiymət vermək, yerli qanunvericiliklə müvafiq yaxud qeyri-müvafiq olması barədə fikir yürütməkdir"- deyə o bildirib.

İ.Əliyev MDB-nin Kazan Sammiti qərarlarının yerinə yetirilməsi məsələsi üzrə məsləhətləşmələrin əhəmiyyətini vurğulayıb.O, Azərbaycanın MDB çərçivəsində iqtisadi əməkdaşlığının çoxtərəfli imkanlarından geniş miqyasda istifadə etmək arzusunu qeyd edib.

Dövlət başçısı qarşıdakı parlament seçkilərinə toxunaraq deyib ki, çoxlu sayda beynəlxalq müşahidəçilər bu seçkilərin qanunvericiliyə müvafiq qaydada keçiriləcəyinin şahidi olacaq. "Azərbaycanda seçkilərə hazırlıq yüksək səviyyədə aparılır. 2000-dən çox deputatlığa namizədin olması göstərir ki, insanlarda azad, şəffaf və ədalətli seçkilərin keçiriləcəyinə böyük inam vardır.Deputatların hər biri üçün bərabər şərtlər yaradılıb" -deyə prezident bildirib.

Xəbər lenti

Xəbər lenti