...

İLHAM ƏLİYEV BÖYÜK BRİTANİYANIN LİBERAL-DEMOKRAT PARTİYASI SƏDRİNİN MÜAVİNİNİ QƏBUL EDİB

Siyasət Materials 5 Oktyabr 2005 19:06 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 5-də Böyük Britaniyanın Liberal-demokrat partiyasının sədr müavini, Kölgə kabinetinin xarici işlər naziri, C.Smit Memorial Fondunun icraçı direktorunun müavini Menzies Kempbeli qəbul edib.

Trend bildirir ki, dövlət başçısı səfərin ölkədə cərəyan edən hadisələrlə yaxından tanış olmaq, eləcə də dövlətlərarası münasibətlərin inkişafı nöqteyi-nəzərindən mühüm olduğunu qeyd edib. Prezident ikitərəfli əməkdaşlıqdan və Britaniya sərmayəçi və şirkətlərinin ölkədəki fəaliyyətindən məmnunluğunu ifadə edib.O, qeyd edib ki, əməkdaşlığın təkcə neft-qaz sektorunda deyil, həm də təhsil kimi digər sahələrdə aparılması əhəmiyyətlidir.

M.Kempbell bildirib ki, Bakıya ilk səfəridir. C.Smit Memorial Fondunun fəaliyyətindən danışarkən qonaq bildirib ki, onun məqsədi dövlətlərarası əlaqələr işinə öz töhfəsini vermək, o cümlədən müxtəlif ölkələrin gənclərini tanışlıq səfəri ilə böyük Britaniyaya dəvət etməkdir.

Xəbər lenti

Xəbər lenti