...

MİLLİ DEMOKRATİK QÜVVƏLƏR BİRLİYİ TOPLANTISINI TƏXİRƏ SALIB

Siyasət Materials 5 Oktyabr 2005 19:23 (UTC +04:00)

"Milli Demokrtaik Qüvvələr Birliyinin (MDQB) oktyabrın 5-ə təyin etdiyi toplantı təxirə salınıb". Bu baradə Trend agentliyinə MDQB-nin təsisçilərindən olan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu bildirib.

T.Qənioğlu toplantının təxirə salınmasının səbəbini birliyin digər təsisçisi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin seçki təbliğatı ilə bağlı Goranboyda olması ilə əlaqələndirib: "Qüdrət bəy ayın 6-da Bakıya dönəcək. Ola bilsin ki, toplantı həmin gün keçirilsin".

Təkamül Partiyasının sədri onu da qeyd edib ki, müzakirə olunacaq məsələlər çoxdur. Bu sıraya ABŞ konqresmenlərinin prezident Corc Buşa müraciəti və qondarma Dağlıq Qarabağ Respublikasının yaranmasının 14 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdə bəzi ABŞ konqresmenlərinin iştirakı məsələlərinin müzakirəsi də daxıldir.

T.Qənioğlu onu da bildirib ki, MDQB-yə daxil olmaq üçün ondan çox partiya müracəit edib: "Lakin biz hələlik onlara razılıq verməmişik. Əsas səbəb ondan ibarətdir ki, onlarla bizim məramnamə və prinsiplərimiz üst-üstə düşmür".

Xəbər lenti

Xəbər lenti