...

VLADİMİR ANDREENKO: "AZƏRBAYCAN MÜXALİFƏTİNİN "EXİT POL"A İNANIB-İNANMAMASI BİZİM ÜÇÜN ƏSAS DEYİL"

Siyasət Materials 5 Oktyabr 2005 19:30 (UTC +04:00)

"Bizim üçün Azərbaycan müxalifətinin "exit-pol"a inanıb, inanmaması əsas deyil, biz cəmiyyətin seçimini əks etdirmək niyyətindəyik" Trend xəbər verir ki, bu barədə Azərbaycanda exit-polu keçirməyi planlaşdıran Müqayisəli Sosial Tədqiqat İnstitutunun (MSTİ) direktoru Vladimir Andreenko bildirib.

V.Andreenko onu da qeyd edib ki, əgər "exit-pol"un şəffaflığına şübhə ilə yanaşan qüvvələr varsa buyurub bizim iş prinsipimiz ilə tanış ola bilərlər: "Biz onlara tətbiq edəcəyimiz metodologiyanı göstərək, prinsiplərimizi açıqlayaq. Bu proses keçirilən zaman heç nə məxfi saxlanılmır. Seçici müəyyən olunmuş ünvanda səs verib çıxdıqdan sonra bizim ona təqdim etdiyimiz anketləri doldurur. Doldurulmuş anketlər də xüsusi qutulara atılır".

MSTİ-nin direktoru bildirib ki, "exit-pol"a şübhə ilə yanaşanların daha yaxşı variantları varsa onları təqdim edə bilərlər. V.Andreenko rəhbərlik etdiyi institutun 14 illik təcrübəsinə əsaslanaraq bildirib ki, bu qurum 1000-dən çox professional intervyuerni olan bir təşkilatdır: "İlk dəfə deyil ki, biz "exit-pol" keçiririk. Qazaxıstan və Ukraynada keçirdiymiz "exit-pol"ların hamısı ictimaiyyətin gözü qarşısında olub. Azərbaycanda da bu belə olacaq. Buna inanlar da tapılacaq, inanmayanlar da".

Qeyd edək ki, Moskvada bazalaşan MSTİ-nin Sankt-Peterburq, Astana və Kiyevdə baş ofisləri fəaliyyət göstərir. Keçmiş Sovetlər birliyində 100-dən çox nümayəndəliyi var.

Xəbər lenti

Xəbər lenti