...

AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ CON SMİT MEMORİAL FONDUNUN FƏALİYYƏTİ İLƏ BAĞLI FİKİR MÜBADİLƏSİ APARILIB

Siyasət Materials 6 Oktyabr 2005 13:25 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyanın Liberal-Demokrat Partiyasının sədr müavini, kölgə kabinetində xarici işlər naziri, Con Smit Memorial Fondunun İdarə Heyətinin müavini ser Menzies Kempbellə görüşüb. Trend in məlumatına görə, bu barədə Azərbaycanın XİN-nin mətbuat mərkəzindən məlumat verilib.

Görüşdə C.Smit Memorial Fondunun fəaliyyəti və onun həyata keçirdiyi Təhsil proqramı ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Fondun əsas məqsədinin demokratiyanın, ictimai ədalətin və demokratiyanın Qərb modelini tətbiq etmək arzusunda olan ölkələrdə peşəkar idarəetmənin olduğunu bildirən qonaq Azərbaycanla C.Smit Təhsil proqramı üzrə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini qeyd edib.

Bildirilib ki, hazırda Fond possovet məkanına daxil olan 7 ölkədə, o cümlədən Azərbaycanda fəaliyyət göstərir. Fondun Təhsil proqramı istedadlı gəncləri siyasi və ictimai institutlarla, Birləşmiş Krallığın siyasi sistemi və bu sahələrdə toplanmış təcrübə ilə tanış edir. Fondun Təhsil proqramı üzrə 21 iştirakçı arasında 3 azərbaycanlının olduğu da diqqətə çatdırılıb.

Nazir E.Məmməyarov C.Smit Təhsil proqramı ilə əməkdaşlığı yüksək qiymətləndirib və qeyd edib ki, vətəndaş cəmiyyəti quruculuğunda inamla addımlayan Azərbaycan gənclərinin belə proqramlarda iştirakı böyük əhəmiyyət kəsb edir.

Xəbər lenti

Xəbər lenti