...

XƏLƏF XƏLƏFOV: XƏZƏRİN SƏRHƏDLƏRƏ AYRILMASI PRİNSİPLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ XƏZƏRYANI ÖLKƏLƏRDƏ DANIŞIQLARIN ƏSAS PROBLEM OLARAQ QALIR

Siyasət Materials 6 Oktyabr 2005 13:46 (UTC +04:00)
XƏLƏF XƏLƏFOV: XƏZƏRİN SƏRHƏDLƏRƏ AYRILMASI PRİNSİPLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ XƏZƏRYANI ÖLKƏLƏRDƏ DANIŞIQLARIN ƏSAS PROBLEM OLARAQ QALIR

Xəzər dənizinin sərhədlərə ayrılması prinsiplərinin müəyyən edilməsi dənizin hüquqi statusunun müəyyən edilməsi üzrə Konvensiyanın işlənməsində əsas problem olaraq qalır. Trend in məlumatına görə, bu barədə Azərbaycan prezidentinin Xəzər problemləri üzrə xüysusi nümayəndəsi, Xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə bildirib.

"Biz hələlik üçtərəfli əsasda bu məsələni həll etmişik, bu məsələni beştərəfli formatda razılaşdırmaq qalır", -deyə o qeyd edib. Nazir müavinin sözlərinə görə, bir sıra aspektlər mövcuddur ki, onlar dənizini hüquqi statusu üzrə Konvensiyanın layihəsində həqiqətən də prinsip etibarilə başlıca məsələni təşkil edir ki, bunun üzərində də işləmək və mövqelərin yaxınlaşdırmağa çalışmaq lazımdır.

İşçi qrupun qarşısında duran digər mühüm məsələlərə gəldikdə isə nazir müavininin sözlərinə görə, bu, Xəzərin delimitarizasiyası və ya orada hərbi qüvvələrin yerləşdirilməsi, dünya dənizləri və dünya okeanındakı kontinental ölkələrin gəmilərinin daxili sularda hərəkəti, eləcə də balıq ovu zonalarının sərhədlərinin müəyyən edilməsi, Xəzər dənizinin akvatoriyasında suyun səthindən istifadə kimi məsələlərdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti