...

XƏLƏF XƏLƏFOV: YAXIN VAXTLARDA XƏZƏRYANI ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARININ SAMMMİTİ KEÇİRİLƏ BİLƏR

Siyasət Materials 6 Oktyabr 2005 14:31 (UTC +04:00)

"Yaxın vaxtlarda Xəzəryanı ölkələrin prezidentlərinin görüşü keçirilə bilər". Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistələrə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

Onun sözlərinə görə, bu ideya artıq çoxdan mövcuddur və onun həyata keçirilməsi üçün müəyyən hazırlıq tələb olunur. "Prezidentlərin görüşü adətən fövqəladə xarakter daşıyır və belə görüşlər müəyyən məsələlərin həllində tarixi rol oynayır. İşçi qrupu və müvafiq strukturlar mühüm işlər görməli və belə görüş üçün əsas yaratmalıdır", - deyə o qeyd edib.

X.Xələfovun sözlərinə görə, bu ideya digər Xəzəryanı ölkələr tərəfindən də səsləndirilir. "İndi dövlət başçılarının qərarı və görüş vaxtının razılaşdırılması vacibdir", - deyə nazir müavini əlavə edib.

Xəbər lenti

Xəbər lenti