...

ATƏT-İN MÜŞAHİDƏÇİLƏRİ ÜMİD PARTİYASININ QƏRARGAHINDA OLUBLAR

Siyasət Materials 6 Oktyabr 2005 17:31 (UTC +04:00)

"ATƏT-in uzunmüddətli müşahidə missiyasının nümayəndələri - Ceyn Çoklinq və Ayşe Omor Atmaca oktyabrın 6-da Ümid Partiyasının sədri İqbal Ağazadənin seçki qərargahında olublar". Bu barədə Trend ə Ümid Partiyasının mətbuat xidmətindən bildiriblər.

Müşahidə missiyası seçki kampaniyasının gedişi və bu mərhələdə mövcud olan problemlərlə maraqlanıb. İ.Ağazadə Azərbaycanda demokratiyanın inkişafı, azad və ədalətli seçkilərin keçirilməsində ATƏT-in missiyasını yüksək qiymətləndirib. Partiya sədri qonaqlara bildirib ki, Azərbaycanda seçki prosesinin ilkin mərhələsində seçkinin demokratik keçib-keçməyəcəyi haqqında fikir söyləmək çətindir.

Qonaqlar deputatlığa namizəd İqbal Ağazadənin dairə seçki və məntəqə komissiyalarında məşvərətçi səs hüquqlu nümayəndələrin olması ilə maraqlanıblar. Partiya sədri belə nümayəndələrin olduğunu qeyd etsə də, qanunla onların öz missiyalarını yerinə yetirməsi üçün heç bir şəraitin yaradılmadığını qeyd edib.

ATƏT-in nümayəndələri İ.Ağazadənin seçicilərlə keçirəcəyi görüşlərin qrafiki ilə maraqlanıb və bu görüşlərdə iştirak etmək niyyətində olduqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti