...

VƏTƏNDAŞ HƏMRƏYLİYİ PARTİYASI ALİ MƏHKƏMƏYƏ MÜRACİƏT EDİB

Siyasət Materials 6 Oktyabr 2005 17:58 (UTC +04:00)

"Vətəndaş Həmərəyliyi Partiyası (VHP) Ali Məhkəməyə müraciət edib" Bu barədə Trend agentliyinə VHP mətbuat xidmətinin rəhbəri Anar Niftəliyev bildirib.

Səbəb 9 saylı Binəqədi ikinci dairə seçki komissiyasının VHP-dən olan katibi Namiq Rəhimovun qanunsuz olaraq vəzifəsindən uzaqlaşdırılması ilə bağlı rayon məhkəməsinin qərarını qüvvədə saxlayan Apellyasiya Məhkəməsindən kasasiya şikayətidir.

VHP səlahiyyətlisi onu da qeyd edib ki, artıq bu məsələ bir sıra beynəlxalq təşkilatların diqqətindədir: "ATƏT-in uzunmüddətli müşahidə missiyasının nümayəndəsi Ceyn Çoklinq partiyanın deputatlığa namizədləri Almaz Qəhrəmanlı, Arif İsmayılbəyli, Namiq Rəhimli və mənimlə görüşüblər. Biz bu məhkəmələrin qəbul etdikləri qərarların surətləri ona təqdim etdik. Seyn Çoklinq bu məsələni nəzarətdə saxlayacağını bildirib."

A.Niftəliyev onu da bildirib ki, Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayarsa onda Konstitusiya Məhkəməsinə müracəit edəcəklər.

Xəbər lenti

Xəbər lenti