...

2006-CI İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA QANUN LAYİHƏSİ 7 KOMİSSİYANIN BİRGƏ İCLASINDA MÜZAKİRƏ OLUNUB

Siyasət Materials 7 Oktyabr 2005 14:30 (UTC +04:00)

"Parlamentin iqtisadi siyasət, təhlükəsizlik və müdafiə məsələləri, aqrar siyasət, hüquqi siyasət və dövlət quruculuğu məsələləri, sosial siyasət, elm və təhsil məsələləri və təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyalarının birgə iclası keçirilib". Trend xəbər verir ki, məqsəd Azərbaycan Respublikasının 2006-cı il dövlət budcəsi haqqında Azərbaycan Respublikasının qanun layihəsinin müzakirəsi olub.

İclası aparan iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov məlum qanun layihəsi barədə ilk sözü maliyyə nazirinin müavini Azər Bayramova verib. Nazir müavini 2006-cı il dövlət büdcəsi haqqında iclas iştirakçılarına məlumat verdikdən sonra komissiya üzvləri layihəyə bir sıra təklif və dəyişikliklərin edilməsi məsələlərinə toxunublar.

A.Bayramov rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, təbii ehtiyatlar, energetika və ekologiya məsələlri daimi komissiyasının sədri, millət vəkili Asiya Manafova və millət vəkili Qüdrət Həsənquliyevin suallarını cavablandırdıqdan sonra qərara alınıb ki, qanun layihəsi parlamentin müzakirəsinə çıxarılsın.

Xəbər lenti

Xəbər lenti