...

VƏTƏNDAŞ CƏMİYYƏTİ QURUCULARININ QƏRARGAHINA EDİLƏN HÜCUMLA BAĞLI PROKURORLUQDA CİNAYƏT İŞİ AÇILIB

Siyasət Materials 7 Oktyabr 2005 16:10 (UTC +04:00)

"Vətəndaş Cəmiyyəti Qurucuları (VCQ) seçki blokunun qərargahına edilən hücumla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi açılıb". Bu barədə Trend ə VCQ-nin mərkəzi seçki qərargahının rəhbəri Yaşar Cəfərli bildirib.

Y.Cəfərli qeyd edib ki, baş verən məlum hadisədən sonra Yasamal rayon Polis İdarəsində cinayət işinin qaldırılması ilə bağlı müraciət ediblər. Rədd cavabı aldıqdan sonra prezidentə, onun xanımına və daxili işlər nazirinə edilən müraciətlər nəticəsində rayon prokurorluğu hadisə ilə bağlı cinayət işi açıb.

VCQ təmsilçisi onu da bildirib ki, qərargaha edilən hücumla bağlı bir sıra beynəlxalq təşkilatların rəhbərləri ilə görüşüb: "Sonuncu görüşümüz "Human Rights Watch"ın Bakıdakı müşahidəçi missiyasının rəhbəri Matilda Boqnerlə olub. Ondan əvvəl Polşa səfirliyinin konsulu və Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüşümüz olub".

Qeyd edək ki, VCQ-nin qərargahına avqustun 22-də hücum edilib. Blokun mərkəzi seçki qərargahının rəhbəri Yaşar Cəfərli döyülmüş və qərarga yararsız vəziyyətə salınmışdı.

Xəbər lenti

Xəbər lenti