...

AZƏRBAYCAN PREZİDENTİ BEYNƏLXALQ OLİMPİYA KOMİTƏSİNİN VİTSE-PREZİDENTİNİ QƏBUL EDİB

Siyasət Materials 7 Oktyabr 2005 17:17 (UTC +04:00)

Trend bildirir ki, oktyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin (BOK) vitse-prezidenti Vitali Smirnovu qəbul edib.

BOK-nin bu yaxınlarda keçirilən iclasında iştirakı barədə məlumat verən qonaq deyib ki, komitənin prezidenti onun salamını və Azərbaycan idmançılarının müxtəlif yarışlarda uğurlu çıxışları ilə buğlı təbriklərini prezident İlham Əliyevə çatdırmağı xahiş edib. V.Smirnov vurğulayıb ki, Azərbaycanda olimpiya lisenziyalı turnirlər yüksək səviyyədə keçirilir.

İ.Əliyev qeyd edib ki, Azərbaycanda beynəlxalq turnirlər yüksək səviyyədə keçirilir.O, təşkilatın təkcə Bakıda deyil, həm də respublikanın digər regionlarında müasir tipli olimpiya komplekslərinə böyük əhəmiyyət verdiyini qeyd edib.

Azərbaycanda dünya standartlarına uyğun bir çox olimpiya-idman komplekslərinin tikildiyini xatırladan dövlət başçısı bildirib ki, daha bir neçə rayonda belə komplekslərin təməli qoyulub və bunların hər birində yüksək səviyyədə beynəlxalq yarışlar təşkil etmək olar.

Dünya standartlarına cavab verən olimpiya kompleksləri ətrafında infrastrukturların yaradılması həm də Azərbaycanda turizmin inkişafına xidmət edir.

Xəbər lenti

Xəbər lenti