...

ADP FƏALINA 5 SUTKALIQ HƏBS CƏZASI VERİLİB

Siyasət Materials 7 Oktyabr 2005 18:24 (UTC +04:00)

Azərbaycan Demoukrat Partiyasının (ADP) iki nəfər üzvü həbs olunub. Bu barədə Trend ə ADP-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 6-də axşam saatlarında partiyanın Nərimanov rayon təşkilatının fəalı Nazim Abbaslı və onun qardaşı Natiq Abbasov beş nəfər mülki geyimli, idmançı görkəmli şəxs tərəfindən həbs edilərək naməlum istiqamətə aparılıb.

ADP-nin məlumatına görə, həmin naməlum şəxslər Nazim Abbaslının evinə basqın edib və bu basqından əvvəl evə gələn elektrik xəttlərini yararsız hala salıblar.

Oktyabrın 7-də partiyanın cəhdlərindən sonra müəyyən olunub ki, Nərimanov rayon məhkəməsinin qərarı ilə Nazim Abbaslı 5 gün müddətinə inzibati qaydada həbs cəzasına məhkum edilib. Hal-hazırda Nazim Abbaslı Nərimanov rayon Polis İdarəsinin təcridxanasında saxlanılır. Natiq Abbasova isə xəbərdarlıq edilib və sərbəst buraxılıb.

Xəbər lenti

Xəbər lenti