...

XƏLƏF XƏLƏFOV: AZƏRBAYCANIN DİGƏR ÖLKƏLƏRLƏ ƏMƏKDAŞLIĞI QONŞU DÖVLƏTLƏRİN MARAQLARINA ZƏRƏR VURMAYACAQ

Siyasət Materials 7 Oktyabr 2005 18:38 (UTC +04:00)

Azərbaycanın digər ölkələrlə əməkdaşlığı qonşu dövlətlərin maraqlarına zərər vurmayacaq. Trend bildirir ki, AR xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan ərazisində yeni RLS-in tikintisində ABŞ-nın yardımı məsələsini şərh edərkən bu barədə jurnalistlərə bəyan edib.

"Hər bir ölkə digər ölkələrlə əməkdaşlıq seçimi hüququnda azaddır və bu, qonşu ölkələrlə mövqedən asılı deyil"-deyə o bəyan edib.Onun sözlərinə görə, Azərbaycan bütün qonşu ölkələrlə mehriban münasibətdədir və bu siyasət bundan sonra da davam etdiriləcək.

Xatırladırıq ki, ABŞ hökuməti regionda qaçaqmalçılıq, qeyri-qanuni silah tranziti və narkotik vasitələrlə mübarizənin tətbiq edilməsi üçün Azərbaycan ərazisində iki yeni RLS-nin tikintisi niyyəti ilə çıxış edib.

Xəbər lenti

Xəbər lenti