...

AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ YUNESKO-NUN SESSİYASINDA ÇIXIŞ EDİB

Siyasət Materials 7 Oktyabr 2005 19:04 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə YUNESKO Baş Assambleyasının 33-cü sessiyasında çıxış edib.Bu barədə Trend ə AR XİN-nin mətbuat xidmətində bildirilib.

E.Məmmədyarov öz çıxışını əsasən Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş uşaqların təhsil ehtiyaclarına yönəldib.O, Azərbaycanın işğal olunmuş ərazilərində məhv edilmiş mədəniyyət abidələri, eləcə də maddi-mənəvi məsrəflərin ləğvi zərurəti barədə ətraflı məlumat verib.Nazir həmçinin YUNESKO ilə birgə Azərbaycanda təhsil sisteminin təkmilləşdirilməsinə dair layihələr barədə məlumat verib.

Nazir YUNESKO-nun baş direktoru Koiçiro Masuuro ilə də görüşüb. E.Məmmədyarov madii və mənəvi irs sahəsində tərəflərin əməkdaşlığını yüksək qiymətləndirib və genişləndirilməsi zərurətini vurğulayıb.O, Azərbaycanın "İçəri şəhər" Memarlıq kompleksinin qorunmasında, Qobustan qoruğunun və Hirkan meşələrinin dünya irsi Siyahısına daxil edilməsində maraqlı olduğunu qeyd edib.

Öz növbəsində K.Masuuro YUNESKO-nun Azərbaycanın təhsil sahəsində islahatların keçirilməsində maraqlı olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti