...

AZƏRBAYCAN NAMİNƏ SEÇKİ BLOKU MİTİNQ KEÇİRİB

Siyasət Materials 7 Oktyabr 2005 19:15 (UTC +04:00)

"Azərbaycan Naminə (AN) seçki bloku oktyabrın 7-də saat 17.00-dan 19.00-dək "Qələbə" meydanında icazəli mitinq keçirib" Trend xəbər verir ki, mitinqdə Azərbaycanın himni səsləndirildikdən sonra "Qürur" xalq alətləri ansamblının üzvləri çıxış ediblər.

AN seçki blokunun namizədləri tribunaya çıxaraq öz platformaları barədə qısa çıxışlar ediblər. Mitinqdə dövlət əleyhinə heç bir şüar səsləndirilməyib. İştirakçıların əllərində yalnız Qarabağla bağlı bir neçə şüar və milli bayraqlar dalğalanıb. Əvvəlcədən planlaşdırıldığı kimi mitiqdə "Şeron" və digər müğənnilər musiqi proqramları ilə çıxış ediblər.

Adıçəkilən blokun mərkəzi seçki qərargahının rəhbəri Taleh Əliyevin bildirdiyinə görə mitinqdə ən azı 5 min insan iştirak edib. Ancaq polislər bu rəqəmin 500 olduğunu qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti