...

TÜRKMƏNİSTAN AZƏRBAYCANLA XƏZƏRİN PROBLEMLƏRİ ÜZRƏ İKİTƏRƏFLİ MƏSLƏHƏTLƏŞMƏLƏRİ DAVAM ETDİRMƏYƏ HAZIRDIR

Siyasət Materials 7 Oktyabr 2005 21:00 (UTC +04:00)
TÜRKMƏNİSTAN AZƏRBAYCANLA XƏZƏRİN PROBLEMLƏRİ ÜZRƏ İKİTƏRƏFLİ MƏSLƏHƏTLƏŞMƏLƏRİ DAVAM ETDİRMƏYƏ HAZIRDIR

"Türkmənistan Azərbaycanla Xəzərin problemləri ilə bağlı mövqelərin yazınlaşdırılması üzrə ikitərəfəli məsləhətləşmələri davam etdirməyə hazırdır". Bu barədə Trend ə Xəzərin hüquqi statusunun müəyyən edilməsi üzrə danışıqlarda Türkmənistan prezidentinin nümayəndəsi Xoşgəldin Babayev bildirib.

Onun sözlərinə görə, tərəflər bu məsələ ilə bağlı daim əlaqə saxlayır, lakin növbəti məsləhətləşmələrin tarixi hələ müəyyən olunmasa da, bunun yaxın vaxtlarda baş tutacağına ümid var.

Xəzərdə mübahisəli yataqlar məsələsinə gəlincə, nümayənədə bildirib ki, Aşqabadın mövqeyi "birmənalıdır və o, beynəlxalq hüquq normalarına əsaslanır".

Xatırladaq ki, Türkmənistan Azərbaycanla onun sərhədində yerləşən "Kəpəz" yatağına "göz dikib" və artıq neçə ildir ki, ölkəni beynəlxalq məhkəmə ilə hədələyir.

Xəbər lenti

Xəbər lenti