...

PARTİYA SƏDRLƏRİ "AZADLIQ" BLOKUNUN İCAZƏSİZ MİTİNQİNƏ MÜNASİBƏT BİLDİRİBLƏR

Siyasət Materials 8 Oktyabr 2005 12:04 (UTC +04:00)

"Biz "Azadlıq" blokunun icazəsiz mitinqlər keçirməyə cəhd göstərməsini seçkiöncəsi cəmiyyət arasında qarşıdurma yaratmaq kimi qiymətləndiririk". Bu barədə Trend ə "İslahat" seçki blokuna daxil olan partiya (Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Məmməd Əlizadə, Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov, Respublikaçılar Partiyasının sədri Sübut Əsədov və Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev) rəhbərləri bildiriblər.

Yurddaş Partiyasının sədri, millət vəkili Mais Səfərli də "Azadlıq" blokunun icazəsiz mitinqlər keçirmək cəhdini günün tələbindən irəli gəlmədiyi qənaətindədir: "İndi bütün siyasi qüvvələr seçkilərə hazırlaşır. Amma bizim müxalifət küçə mitinqlərinə daha çox önəm verir. Buna yol vermək olmaz".

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı isə qeyd edib ki, icazəsiz küçə yürüşləri artıq geridə qalıb. İndi sivil mübarizə vasitələrinə üstünlük vermək lazımdır: "Mitinqi qayda-qanun çərçivəsində keçirmək lazımdır, polislə əlbəyaxa olmaqla heç nəyə nail olmaq olmaz".

Türk Millətçi Partiyasının (TMP) sədri Vüqar Bəyturan, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev və başqaları da icazəsiz mitinqlərin əleyhinə olduqlarını bildiriblər.

İslam Partiyasının sədri Hacı Hacıağa Nuri və Vəhdət Partiyasının sədri Tahir Kərimli isə "Sərbəst toplaşmaq haqqında" qanunu əsas gətirərək mitinqlərin keçirilməsi üçün hakimiyyət tərəfindən şərait yaradılmasını önə çəkiblər.

Xəbər lenti

Xəbər lenti