...

MİLLİ BİRLİK HƏRƏKATI "AZADLIQ" BLOKUNUN OKTYABRIN 9-NA TƏYİN ETDİYİ MİTİNQƏ QOŞULACAQ

Siyasət Materials 8 Oktyabr 2005 14:13 (UTC +04:00)

"Milli Birlik Hərəkatı (MBH) "Azadlıq" blokunun oktyabrın 9-da keçirəcəyi mitinqə qoşulacaq". Trend xəbər verir ki, bu barədə MBH-nin lideri Lalə Şövkət oktyabrın 8-də "Azadlıq" bloku ilə rəhbərlik etdiyi hərəkat arasında sazişin imzalanma mərasimində bildirib.

MBH lideri qeyd edib ki, artıq bununla bağlı mitinq komitəsi lazımı işlər görür: "Biz bu gündən "Azadlıq" bloku ilə saziş imzalamışıqsa, deməli bir addımlamalıyıq". Lalə Şövkət onu da bildirib ki, bu seçkilərdə üç subyekt iştirak edir - Yeni Azərbaycan Partiyası, Milli Birlik Hərəkatı daxil olmaqla "Azadlıq" bloku və Yeni Siyasət (YES) bloku.

Sonuncu üç müxalifət qüvvənin vahid mərkəzdə birləşməsinin zəruriliyini qeyd edən Lalə Şövkət onu da bildirib ki, artıq rəhbərlik etdiyi hərəkat "Azadlıq" bloku ilə əməkdaşlıq edir, qalır YES: "Bu blok da bizimlə bir addımlasa, onda gücümüz daha da artar".

"Azadlıq" blokunun təsisçilərindən olan Müsavt Partityasının sədri İsa Qəmbər isə "YES"lə "Azadlıq" bloku arasında əməkdaşlıq barədə sazişin baş tuta biləcəyinə belə aydınlıq gətirib: "Saziş layihəsini onlara təqdim etdik, düzəliş edib bizə qaytardılar. Layihədə bir sıra anlaşılmazlıq olduğundan hələlik müzakirələr aparılır".

Xəbər lenti

Xəbər lenti