...

AZƏRBAYCAN SİLAHLI QUVVƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİ HƏRBİ MÖVZUDA KEÇİRİLƏN TƏDBİRLƏRDƏ İŞTİRAK EDİRLƏR

Siyasət Materials 10 Oktyabr 2005 13:02 (UTC +04:00)

Oktyabrın 10-da başlanan bir sıra hərbi mövzulu tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edir. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən məlumat verilib.

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində oktyabrın 13-dək Bakı şəhərində "Hərbi əməkdaşlıq üzrə ekspertlərin işçi görüşü, 15-dək isə Odessa şəhərində "Beynəlxalq humanitar hüquqa dair müsabiqə keçirilir.

Oktyabrın 14-dək Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Koblenz şəhərində "Hərbi Tibb Xidməti üzrə görüş", Azərbaycanla Rumıniya Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq dekabrın 16-dək Buxarest şəhərində "Briqada qərargah zabitləri kursu" keçirilir.

Xəbər lenti

Xəbər lenti