...

QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏKİLATININ XARİCİ İŞLƏR NAZİRLƏRİ ŞURASININ XII İCLASININ GÜNDƏLİYİNƏ 15-Ə YAXIN MƏSƏLƏ DAXİL EDİLƏCƏK

Siyasət Materials 10 Oktyabr 2005 13:57 (UTC +04:00)

Təxminən 15 məsələ Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri şurasının oktyabrın 28-də Kişinyovda keçiriləcək XII iclasının gündəliyinə daxil ediləcək. Bu barədə Trend ə Azərbaycan XİN-dən məlumat verilib.

İclasda təşkilatlın perspektivlərinin müzakirəsi planlaşdırılır. Əsas diqqət AB, GUAM kimi beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı, həmçinin, energetika, və nəqliyyat məsələlərinin müzakirəsinə ayrılacaq.

İclasa hazırlıq məsələləri və danışıqların ilkin gündəliyi, həmçinin, Azərbaycanın təşkilatda rolunun artması bu yaxınlarda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun təşkilatın baş katibi Tedo Caparidze ilə görüşü zamanı müzakirə olunub. Azərbaycan energetika və nəqliyyat sahəsində əməkdaşlığa əsas diqqət yetirmək niyyətindədir.

XİNŞ-nin iclasında Azərbaycanı E.Məmmədyarov təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti