...

AZƏRBAYCAN MİLLİ İSTİQLAL PARTİYASININ LİDERİ APELLYASİYA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDƏCƏK

Siyasət Materials 10 Oktyabr 2005 15:35 (UTC +04:00)

"Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun vəkilləri Yasamal rayon məhkəməsinin qərarından Apellyasiya Məhkəməsinə kassasiya şikayəti verəcək". Bu barədə Trend ə AMİP liderinin özü bildirib.

Qeyd edək ki, namizədliyi 16 saylı ikinci Yasamal seçki dairəsindən irəli sürülən AMİP lideri Etibar Məmmədovun seçki qərargahı 30 sentyabr tarixində Yasamal rayon icra hakimiyyətinin seçki prosesinə müdaxiləsi ilə bağlı məhkəməyə müraciət edib.

Yasamal rayon məhkəməsi AMİP lideri Etibar Məmədovun seçki qərargahının Yasamal rayon icra hakimiyyətinə qarşı qaldırdığı iddia ərizəsini qəbul etməyib. Hakim Fərhad Ağamirzəyevin qəbul etdiyi qərarda bildirilib ki, Seçki Məcəlləsinin tələblərinin pozulması ilə bağlı məhkəməyə ancaq seçki komissiyaları və ya dövlət orqanları şikayət verə bilərlər.

E.Məmmədov onu da bildirib ki, oktyabrın 10-da vəkillər Fuad Ağayev və Əli Ələkbərov sənədləri hazırlayaraq həftə ərzində Apellyasiya Məhkəməsinə göndərəcəklər.

Xəbər lenti

Xəbər lenti