...

HACI MƏMMƏDOVUN İSTİNTAQ MÜDDƏTİ 3 AY DA UZADILIB

Siyasət Materials 10 Oktyabr 2005 15:48 (UTC +04:00)

Oktyabrın 10-da Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, hazırda həbsdə olan Hacı Məmmədovun işi üzrə istintaq müddəti başa çatıb. Onun vəkili Rafiq Bağırovun Trend ə verdiyi məlumata görə, istintaq müddəti daha 3 ay müddətinə uzadılıb.

Vəkil istintaq müddətinin uzadılmasını Hacı Məmmədovun dəstəsinin bəzi üzvlərinin həbsinin hələ də baş tutmaması ilə əlaqələndirib. "Bundan başqa, istintaq davam etdikcə ortaya yeni cinayətlər, epizodlar çıxır və təbii ki, həmin halları araşdırmaqla bağlı zərurətlər yaranır. Bu səbbədən də istintaq müddəti baş prokuror Zakir Qaralov tərəfindən daha 3 ay uzadılıb".

Xəbər lenti

Xəbər lenti