...

"AZADLIQ" BLOKU ÜZVLƏRİDƏN BİR NEÇƏ NƏFƏRİ HƏBSDƏDİR

Siyasət Materials 10 Oktyabr 2005 18:18 (UTC +04:00)

Oktyabrın 9-da "Azadlıq" seçki blokunun Bakı şəhərinin Nizami, Nəsimi, Xaqani, Rəşid Behbudov küçələrində, Gənclik meydanında, Fəvvarələr meydanında və digər yerlərdə keçirdiyi aksiyalar zamanı 360-dan çox müxalifətçi saxlanılaraq polis şöbələrinə aparılıb, 300 nəfərdən çox insan zorakılığa məruz qalıb və müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Bu məlumatı Trend ə "Azadlıq" blokunun seçki qərargahının rəhbəri Fəhmin Hacıyev verib. O, bildirib ki, polis əməkdaşları hətta aksiya dayandırıldıqdan sonra da təzyiqləri davam etdiriblər, aksiya iştirakçısı olmayan təsadüfi adamlar da xəsarət alıb və nəticədə on nəfərdən çox jurnalist zorakılığa məruz qalıb. F.Hacıyevin sözlərinə görə , "Ayna-Zerkalo" qəzetinin əməkdaşı polis zorakılığı nəticəsində beyin travması alıb və hazırda Musa Nağıyev adına xəstəxanadadır. Polis tərəfindən saxlanılanlar və xəsarət alanlar arasında toxunulmazlıq statusu olan deputatlığa namizədlərlər də olub.

Blok funksionerinin sözlərinə görə, polslər tərəfindən saxlanılaraq ayrı-ayrı bölmələrə aparılan 360 nəfər aksiya iştirakçılarından 200-dən çoxu inzibati qaydada xəbərdarlıq edilərək buraxılıb, 30-a yaxın insan pulla cərimələndikdən sonra azad olunub, 13 nəfərin isə barəsində həbs qərarı çıxarılaraq müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, bu məlumatın düzgün olub-olmadığını Daxili İşlər Nazirliyindən öyrənərkən nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyib ki, aksiya günü təxminən 30 nəfər polis bölmələrinə aparılıb. Onlardan 15-i buraxılıb, 15-nin barəsində qərar çıxarılması üçün məhkəməyə aparılıb. Məhkəmə yalnız 5 nəfərin barəsində müxtəlif müddətlərə azadlıqdan məhrumetmə qərarı çıxarıb. Qalan 10 nəfərdən 5-i inzibati qaydada cərimələnərək, digər 5 nəfəri isə xəbərdarlıq edilərək sərbəst buraxılıb.

Xəbər lenti

Xəbər lenti