...

QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATINA DAXİL OLAN DÖVLƏTLƏR ERMƏNSİTANA QARŞI İQTİSADİ SANKSİYAYA ÇAĞRILIB

Siyasət Materials 10 Oktyabr 2005 19:14 (UTC +04:00)

"Mən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) daxil olan dövlətləri işğalçı Ermənistana qarşı iqtisadi sanksiya tətbiq etməyə çağırdım". Bu barədə Trend agentliyinə adıçəkilən təşkilatın Parlament Assambleyasının mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 5-8 oktyabrda keçirilən XXI iclasında çıxış edən Azərbaycanı MM-in regional məsələlər daimi komissiyasının sədr müavini Şaitdin Əliyev bildirib.

Qeyd edək ki, Soloniki şəhərində (Yunanıstan) keçirilən toplantıda Qara dəniz bölgəsində mədəniyyət, təhsil və sosial məsələlərin Avropa aspektləri çərçivəsində həll edilməsi ilə bağlı gündəliyə salınıb. Azərbaycanı təmsil edən millət vəkili Ş.Əliyev adəçkilən sahələrin Azərbaycanda inkişafı ilə bağlı məruzə edib.

Ş.Əliyev toplantıda QVİƏT-ə daxil olan 9 ölkənin parlamentarilərinin iştirak etdiyini deyib: "Mən bu dövlətlərin nümayəndələrinə bildirdim ki, əgər biz təhsilin, mədəniyyətin səviyyəsini Avropa səviyyəsinəd inkişaf etdirmək isəyiriksə onda Avropa Birliyi Azərbaycanın Ermənistan tərəfindən işğalına biganə yanaşmamalıdır".

QDİƏT-ə üzv olan bəzi dövlətlərin parlamentariləri ilə səmimi söhbətlər aparıldığını deyən millət vəkili çıxışının böyük rezonansa səbəb olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti