...

LİTVANIN PREZİDENTİ BAKIYA QISA MÜDDƏTLİ SƏFƏR EDƏCƏK

Siyasət Materials 11 Oktyabr 2005 15:57 (UTC +04:00)

Litvanın prezidenti Valdas Adamkus (Ialdas Adamkus) Azərbaycana qısa müddətli səfər edəcək.Bu barədə Trend Baltic News Service-ə istinadən bildirir.

Çərşənbə axşamı günü Valdas Adamkus Əfqanıstana gedib orada Qor əyalətinin bərpası üzrə Qrupda (ƏBQ) xidmət edən Litva hərbçiləri, həmçinin Əfqanıstan prezidenti Həmid Qərzai ilə görüşəcək.Ola bilsin ki, o, Kabilə gələcək ABŞ-nın dövlət katibi Kondoliza Raysla da görüşsün. Hercules Adamkus Kabildən C-130 hərbi təyyarəsi ilə Litvanın başçılıq etdiyi ƏBQ-nin yerləşdiyi Qor Çaqçaran əyalətinin paytaxtına gedəcək.

Əfqanıstana səfərindən sonra prezident Adamkus Xorvatiyanın paytaxtı Zaqrebə gedəcək. Yolüstü təyyarə Bakıya yanacaq üçün enəcək və burada Litva prezidenti Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.Həmin axşam Adamkus Zaqrebə gedəcək və cümə günü orada Mərkəzi Avropa ölkələri rəhbərlərinin görüşündə iştirak edəcək.

Qeyd edək ki, Litva prezidentini müşayiət edən nümayəndə heyətinin tərkibində xarici işlər və müdafiə nazirləri, Litva HQ baş komandanı, seym üzvləri, jurnalistlər vardır.

Xəbər lenti

Xəbər lenti