...

PREZİDENT GƏNCƏ REGİONAL MÜALİCƏ-DİAQNOSTİKA MƏRKƏZİNİN TƏMƏLQOYMA MƏRASİMİNDƏ İŞTİRAK EDİB

Siyasət Materials 11 Oktyabr 2005 16:33 (UTC +04:00)

Oktyabrın 11-də Azərbaycan prezidenti İlham Əliyev Gəncəyə gedib. Trend bildirir ki, o, Heydər Əliyev parkında olub və mərhum prezidentin abidəsi önünə çiçək qoyub.Sonra prezident H.Əliyev muzeyinə gedib.

Dövlət başçısı həmçinin Gəncə regional müalicə-diaqnostika mərkəzinin təməlqoyma mərasimində iştirak edib.ARDNŞ-nin vəsaiti hesabına tikilən bu obyektin ümumi sahəsi 7 min m2.təşkil edir.İ.Əliyev Gəncənin inkişaf etdiyini qeyd edib.Onun sözlərinə görə, hazırda şəhərdə yeni aerovağzal kompleksi tikilir və bir neçə aydan sonra onun açılış mərasimi keçiriləcək.O, Gəncə infrastrukturunun inkişafının əhəmiyyətini, xüsusilə məktəblər, xəstəxanalar, mehmanxanalar və digər obyektlərin tikintisini qeyd edib və əlavə edib ki, hazırda yeni müasir mehmanxana kompleksi tikilir.

Prezident bildirib ki, oktyabrın 12-də Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsi çərçivəsində keçiriləcək mərasimdə iştirak edəcək.Dövlət başçısının sözlərinə görə, bu layihə dövlət büdcəsinin gəlirlərinin yüksəldilməsinə və əmək haqqı, eləcə də pensiyaların artırılmasına imkan verəcək. "Bunun əsasında neft strategiyası dayanır.BTC bu gün artıq gerçəklikdir" -deyə prezident İ.Əliyev bəyan edib.

İ.Əliyevin sözlərinə görə, güclü iqtisadiyyat, yeni iş yerlərinin açılması, qeyri-neft sektorunun inkişafı və sahibkarlıq dövlətin əsas vəzifəsidir. "Bu gün qarşıya qoyulan vəzifələri inamla yerinə yetiririk və regionların inkişafı buna sübutdur"-deyə dövlət başçısı qeyd edib.

Xəbər lenti

Xəbər lenti