...

FÖVQƏLADƏ SEÇKİ KOMİTƏSİNİN BİR QRUP ÜZVÜ PREZİDENT APARATI QARŞISINDA AKSİYA PLANLAŞDIRIR

Siyasət Materials 11 Oktyabr 2005 18:28 (UTC +04:00)

"Fövqəladə Seçki Komitəsinin (FSK) bir qrup üzvü Azərbaycan prezidenti İlham Əliyevlə görüşmək üçün Prezident Aparatı qarşısında etiraz aksiyası planlaşdırır" Bu barədə Trend agentliyinə namizədlərin hüquqlarının qorunması məqsədilə yaradılan FSK-nin sədri Sosial Ədalət Partiyasının rəhbəri Mətləb Mütəllimli bildirib.

M.Mütəllimli aksiyanın keçirilməsində məqsədi FSK-ya üzv olan namizədlərin hüquqlarının qorunması ilə bağlı ötən həftə ölkə prezidentinə edilən açıq məktuba cavab verilməməsi ilə bağlayıb: "Bu vaxtadək bizə heç bir cavab verməyiblər. Ona görə də qərara almışıq ki, Prezident Aparatı qarşısına toplaşaq".

FSK sədri aksiyanın nə vaxt keçiriləcəyi barədə dəqiq tarix söyləməsə də qeyd edib ki, oktyabrın 12-də toplantı keçiriləcək: "Qərar həmin toplantıda veriləcək. Komitədə həm iqtidardan, həm də müxalifət partiyalarından namizədliyi qeydə alınan şəxslər təmsil olunur. Ümid edirəm ki, həmin aksiyadan sonra prezident bizi qəbul edəcək".

Qeyd edək ki, prezidentə ünvanlanmış məlum məktubun surətləri ATƏT-in, Milli Demokratiya İnstitutunun Bakı ofislərinin nümayəndələri, ABŞ-ın Azərbaycandakı səfirliyinə və Dövlət Departamentinin seçkiləri izləmək üçün Bakıya gələn nümayəndələrinə də göndərilib.

Xəbər lenti

Xəbər lenti