...

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ MƏDƏNİYYƏT, ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASI KEÇİRİLƏCƏK

Siyasət Materials 11 Oktyabr 2005 19:20 (UTC +04:00)

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) dekabrın 1-də Parisdə mədəniyyət, elm və təhsil komitəsinin iclası olacaq". Bu barədə Trend ə Azərbaycanın Avropa Şurası Parlament Aassambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Rəfael Hüseynov bildirib.

Millət vəkili qeyd edib ki, Cənubi Qafqazda mədəniyyətin vəziyyəti ilə bağlı deputat Oharanın hazırladığı məsələ müzakirə olunucaq: "Ermənilərin Azərbaycan mədəniyyətinə qarşı apardığı qəsbkar siyasətdən, Şuşada apardığı qazıntılar və qəbristanlardakı tarixi irsimizi dağıtmaqdan danışacam".

R.Hüseynov onu da bildirib ki, dekabrın 1-də keçiriləcək məlum toplantıda müzakirə olunacaq məsələ ilə bağlı vaxtilə hazırladığı sənəd əsasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sabiq üzvü Əli Abbasov Cənubi Qafqazda mədəniyyətin vəziyyəti ilə bağlı məruzə edib. Məsələnin aktuallığını nəzərə alan AŞ PA yenidən bunu müzakirəyə çıxarıb.

Xəbər lenti

Xəbər lenti