...

BAKIDA "QARA VƏ XƏZƏR DƏNİZLƏRİNDƏ KÜTLƏVİ QIRĞIN SİLAHININ YAYILMASININ QARŞISININ ALINMASI MƏSƏLƏLƏRİ ÜZRƏ" KONFRANS KEÇİRİLƏCƏK

Siyasət Materials 11 Oktyabr 2005 20:01 (UTC +04:00)

Oktyabrın 12-13-də Bakıda "Qara və Xəzər dənizlərində kütləvi qırğın silahının yayılmasının qarşısının alınması məsələləri üzrə" birgə konfrans keçiriləcək.Bu barədə Trend ə ABŞ-nın Azərbaycandakı səfirliyində bildirilib.

Konfransın məqsədi dəniz akvatoriyasında qüvvələrin daha yaxşı bölünməsində iki dövlətin dənizin mühafizəsi İdarələri arasında işgüzar əlaqələrin inkişafı və informasiya mübadiləsinin davam etdirilməsidir.

Tədbirin təşkilatçıları Azərbaycan və ABŞ hökumətləridir.

Konfransın işində Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Moldova, Rumıniya, Türkiyə, Türkmənistan və Ukraynanın sahilin mühafizəsi idarələri, sahil polisi və HDD nümayəndələri iştirak edir.

Konfransın açılışında AR Dövlət sərhəd xidmətinin rəisi, general-leytenant Elçin Quliyev və ABŞ-nın Azərbaycandakı səfiri Rino Harniş iştirak edəcək. Tədbirdə ABŞ sahil mühafizəsi qüvvələrinin kontr-admiralı Con Kuryer nitqlə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti