...

CƏMİL HƏSƏNLİ: "DÖVLƏT DUMASININ 100 İLLİK YUBİLEYİ AZƏRBAYCANDA DA QEYD OLUNMALIDIR"

Siyasət Materials 11 Oktyabr 2005 20:23 (UTC +04:00)

"Dövlət Dumasının 100 illik yubileyini Azərbaycanda da qeyd etmək lazımdır" Bu barədə Trend ə Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi (MDB) Parlament Assambleyasının 1905-ci il 17 oktyabr çar manifestinin 100 illik yubileyində iştirak edən millət vəkili Cəmil Həsənli bildirib.

C.Həsənli bunu Dövlət Dumasında müsəlman deputatların fəallığı ilə bağlayıb: "Cənubi Qafqazın üç quberniyasından - İrəvan, Bakı və Gəncədən 36 müsəlman deputat seçilib. Müsəlman deputatlardan ibarət fraksiyaya Əlimərdanbəy Topçubaşov rəhbərlik edib. Müsəlman deputatlarının fəallığı Dövlət Dumasının 100 illiyinin Azərbaycanda da qeyd olunmasına əsas verir".

Millət vəkili onu da qeyd edib ki, tədbiri MDB Parlament Assambleyası Peterburq dövlət universiteti ilə birgə təşkil edib: "1905-ci il 17 oktyabr manifesti Rusiyada demokratik azadlıqlara aparan bir yol olub. Bu manifestin Azərbaycanın həyatında da böyük rolu olub. Həmin manifest qəbul edildikdən sonra Azərbaycanda müstəqil mətbuat işıq üzü görüb"

Tədbirə Peterburq universitetinin rektoru, Rusiya Dövlət Dumasının sədri Boris Qrızlovun sədrlik etdiyini deyən C.Həsənli "17 oktyabr manitfesti və Rusiya müsəlmanları mövzusunda" çıxış etdiyini də bildirib.

Xəbər lenti

Xəbər lenti