...

MTN ƏMƏKDAŞLARI BİR SIRA UĞURLU TƏDBİRLƏR HƏYATA KEÇİRİB

Siyasət Materials 11 Oktyabr 2005 20:48 (UTC +04:00)

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları bir sıra əməliyyat tədbirləri həyata keçiriblər. Bu barədə Trend ə MTN-dən məlumat verilib.

Məlumatda bildirilir ki, oktyabrın 1-də əməliyyat qrupunun üzvləri narkotik vasitələrin satışı ilə məşğul olan Cəlilabad şəhər sakini Məmmədov Saməddin Qardaşxan oğlunu yaxalayıblar. Oktyabrın 3-də isə qrupun digər üzvləri Ağaşov İlqar Əziz oğlu və Bəhrəmov Vüqar Qoçu oğlu həbs edilib.

Oktyabrın 5-də isə MTN əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində 8 min ABŞ dolları nominatında saxta pul əskinası satan Levoçkin Andrey Vladimiroviç yaxalanıb. Araşdırma zamanı məlum olub ki, 1981-ci il təvəllüdlü Levoçkin Andrey Vladimiroviç Rusiya Federasiyasının vətəndaşıdır.

Məlumatda daha sonra bildirilir ki, bu ilin sentyabrında "N" saylı hərbi hissənin ərazisində 3 ədəd raketin basdırıldığı barədə Nazirliyə daxil olan məlumat əsasında həmin əraziyə baxış keçirilib. Nəticədə 2 metr dərinlikdə basdırılmış, hər birinin çəkisi 360 kiloqram olan 3 ədəd "STRELA 10" tipli istilik raketi aşkarlanaraq götürülüb. Araşdırmalarla həmin raketlərin 1990-91-ci illərdə keçmiş SSRİ-nin həmin ərazidə dislokasiya olunmuş hərbi hissəsinin hərbçiləri tərəfindən basdırıldığı müəyyən edilib.

Oktyabrın 6-da isə MTN-nin Balakən rayon şöbəsinə rayon sakinləri tərəfindən könüllü olaraq 1 ədəd AKMS, 6 ədəd əl qumbarası, 23 ədəd süngü bıçağı, 1 ədəd fişəng tapançası, 10 ədəd tapança və avtomat silah üçün xəzinə, 1000-ə yaxın müxtəlif çaplı patron və güllə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti