...

RİNO HARNİŞ: ABŞ BAKIYA RADİOLOKASİYA APARATLARI VƏ MÜŞAHİDƏ KAMERALARININ TƏDARÜKÜNÜ DAVAM ETDİRƏCƏK

Siyasət Materials 12 Oktyabr 2005 12:27 (UTC +04:00)
RİNO HARNİŞ: ABŞ BAKIYA RADİOLOKASİYA APARATLARI VƏ MÜŞAHİDƏ KAMERALARININ TƏDARÜKÜNÜ DAVAM ETDİRƏCƏK

ABŞ Bakıya radiolokasiya aparatları və müşahidə kameralarının tədarükünü davam etdirəcək. Trend in xəbər verdiyi kimi, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş oktyabrın 12-də öz işinə başlamış "Qara və Xəzər dənizlərində kütləvi qırğın silahlarının yayılmaması" mövzusuna dair ikigünlük konfransda bəyan edib.

O qeyd edib ki, son illər Azərbaycan ABŞ-la hərbi sahədə sıx əməkdaşlıq edir. Amerikalı diplomatın sözlərinə görə, əməkdaşlıq çərçivəsində Bakıda hərbi mərkəz yaradılıb ki, bu da Xəzər dənizi akvatoriyasında "şübhəli gəmilər"in hərəkətinə nəzarət etmək imkanı verir.

R.Harniş, həmçinin, onu da vurğulayıb ki, KQS-nin yayılmaması üzrə region ölkələrinin birgə tədbirləri regionda sabitliyin bərqərar olmasına şərait yaradacaq.

Qeyd edək ki, konfransda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Moldova, Rumıniya, Ukrayna, Bolqarıstan və ABŞ-ın sərhəd idarələri və sahil mühafizə xidmətlərinin nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti