...

ATƏT-İN UZUNMÜDDƏTLİ MÜŞAHİDƏÇİLƏRİ ASİM MOLLAZADƏ İLƏ GÖRÜŞÜBLƏR

Siyasət Materials 12 Oktyabr 2005 12:31 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə partiyanın mənzil-qərargahında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının üzvləri Pol-Henri Bişof və Çarlz Meqylə görüşüb. Bu barədə Trend ə Demokratik İslahatlar Partiyasından (DİP) məlumat verilib. Görüş zamanı ölkədəki seçkiqabağı vəziyyət müzakirə olunub. Asim Mollazadə seçki prosesinin gedişi və partiyanın namizədlərinin seçki kampaniyası barədə məlumatları qonaqların diqqətinə çatdırıb.

Seçkilərin demokratik və şəffaf keçirilməsinin vacibliyini vurğulayan Asim Molazadə ATƏT-in və digər beynəlxalq qurumların müşahidəçilərinin bu prosesdə əhəmiyyətli rol oynayacağını ifadə edib. Uzunmüddətli müşahidəçilər Pol-Henri Bişof və Çarlz Meqy də öz növbələrində bildiriblər ki, onlar Azərbaycanda seçki prosesinin şəffaflığı üçün əllərindən gələni edəcəklər və obyektiv nəticələri təmsil etdikləri qurumlara çatdıracaqlar.

Xəbər lenti

Xəbər lenti