...

AQŞİN MEHDİYEV: AZƏRBAYCAN AŞPA-NIN PAYIZ SESSİYASININ İŞTİRAKÇILARININ DİQQƏT MƏRKƏZİNDƏ QALDI

Siyasət Materials 12 Oktyabr 2005 12:51 (UTC +04:00)
AQŞİN MEHDİYEV: AZƏRBAYCAN AŞPA-NIN PAYIZ SESSİYASININ İŞTİRAKÇILARININ DİQQƏT MƏRKƏZİNDƏ QALDI

Trend in Azərbaycanın Avropa Şurasında daimi nümayəndəsi, Avropa Şurasında Azərbaycanın səfiri ilə müsahibəsi

- Siz Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının yekunlarını necə qiymətləndirirsiniz? Müzakirələrin və keçirilən görüşlərin Azərbaycan üçün hansı üstün və mənfi cəhətləri oldu?

- Mən hələ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası başlayacana qədər qeyd etmişdim ki, gündəlikdə Azərbaycanla bağlı məsələlər yoxdur. Və həqiqətən də, tədbirlərin gedişində ölkəmizlə bağlı konkret məsələlər müzakirə olunmadı. Lakin buna baxmayaraq, Azərbaycanın sessiyanın iştirakçılarının diqqət mərkəzində qaldığını qeyd etmək mümkündür. Azərbaycan parlamentinin nümayəndə heyəti AŞPA prezidenti Rene Van der Lindenlə görüşüb. Bizim parlamentarilər Avropa Şurasının baş katibi Terri Devis tərəfindən qəbul edilib. Azərbaycan və Ermənistan parlamentarilərinin Dağlıq Qarabağ alt komitəsi çərçivəsində görüşü keçirilib. Gördüyünüz kimi, Azərbaycan AŞPA-nın gündəliyində müzakirə obyekti olmasa da, işlər çox idi və danışıqlar kifayət qədər intensiv aparılırdı.

- Avropa Şurasının baş katibi Terri Devis oktyabrın 5-də Strasburqda mətbuat konfransında bəyan edib ki, Azərbaycanda parlament seçkilərinin demokratik və azad keçiriləcəyinə tam əmindir. Bundan əvvəl T.Devis yalnız seçkilərin şəffaf keçiriləcəyinə "ümid etdiyini" ifadə etmişdi. Onun mövqeyindəki dəyişikliklər nə ilə bağlıdır?

- Sentyabrın sonlarında AŞ-nın baş katibi Terri Devis Bakıda səfərdə olub. O, Azərbaycanda olarkən şəxsən ən müxtəlif strukturlarda parlament seçkilərilə bağlı aparılan hazırlıq işləri ilə tanış olmaq imkanı əldə edib. T. Devis Azərbaycanın Mərkəzi Seçki Komissiyasında (MSK), eləcə də respublikanın müxtəlif Nazirliklərində və idarələrində görüşlər keçirib. Onun Azərbaycan prezidenti ilə ətraflı söhbəti olub. Məhz bu söhbət zamanı əldə etdiyi təəssüratların yekunu AŞ baş katibinə Azərbaycanda beynəlxalq standartlara cavab verəcək demokratik, açıq və azad seçkilərin keçirilməsinə çox ciddi hazırlıq getdiyinə qəti əminlik yaradıb.

- AŞPA prezidenti Rene Van der Linden bəyan edib ki, Avropa Şurasının Azərbaycanda monitorinq missiyası artırılacaq. Bu artım nə ilə bağlıdır və misiyaya neçə adam əlavə olunacaq?

- Bu qərar ilk növbədə onunla bağlıdır ki, AŞPA qarşıdakı seçkilərin monitorinqini daha geniş və dəqiq əhatə etməyi arzulayır. AŞ-dan olan müşahidəçilərin dəqiq sayına gəldikdə, bu hələ məlum deyil. Mən hesab edirəm ki, biz bu addımı yalnız alqışlamalıyıq. Müşahidəçilərin sayı nə qədər çox olarsa, Azərbaycan üçün də bir o qədər yaxşı olar.

- Siz Avropa Birliyi (AB) və Azərbaycan arasında əməkdaşlığın yaxın perspektivlərini necə qiymətləndirirsiniz?

- Əlbəttə, bu çox perspektivli istiqamətdir. Hesab edirəm ki, Azərbaycanla AB arasında münasibətlər Azərbaycanın xarici siyasətinin ən mühüm və perspektivli istiqamətlərindədir.

Bu istiqamətdə məqsədəyönlü işləri davam etdirmək lazımdır. Avropa Birliyi ilk növbədə bizim üçün zəruri olan sərmayədir. Enyi zamanda Azərbaycan da kasıb dövlət deyil. Azərbaycanın da AB-na təklif edəcəyi nəsə var. Bunu nəzərə alsaq, bu məsələlər üzərində çox diqqətlə işləmək lazımdır.

- Azərbaycanın KİV-də dərc olunan məlumatlara görə, Avropa Şurası Nazirlər Şurasının sədri AŞPA-nın sədrinə məktub göndərərək Azərbaycan tərəfinin Ermənistanın ünvanına ittihamlardan ibarət məktub və ərizələri qəbul etməməyi təklif edib. Məlumata görə, bu barədə AŞPA-da Ermənistan parlamentinin nümayəndə hekyətinin rəhbəri Tiqran Torosyan bəyan edib. Bu məlumat nə dərəcədə doğrudur?

- Mən cənab Torosyanın nə barədə danışdığını bilmirəm. Lakin mən söhbətin nədən getdiyini aydınlaşdırmağa çalışdım. Nəticədə mən erməni tərəfi növbəti dəfə yalan danışdığını müəyyən etdim. Görünür, bu, onelar üçün artıq adi hala çevrilib. Doğrudan da, AŞ-nın Nazirlər Komitəsinin sədrindən Parlament Assambleyasına müraciət daxil olsa da, bu məktub tamamilə başqa planda olub. Məsələ burasındadır ki, AŞPA-da belə müraciət formaları tətbiq edilir ki, bu struktur onlara cavab versin. Nazirlər Komiəsinin praktiki olaraq konsensus əldə edə bilmədiyi bir sıra məsələlər mövcuddur. Bunlar bütöv dövlət qrupları arasında qarşılıqlı münasibətləri ləngidən problemli məsələlərdir.

Və budur, Avropa Şurasının Nazirlər Komitəsinin sədri AŞPA prezidentinə tövsiyyə ilə müraciət edərək belə problemli məsələlərin Nazirlər Komitəsində müzakirəsinə artıq dözmədiyini bildirib.

Əgər bu məsələnin birbaşa olaraq Cənubi Qafqaz regionuna tətbiqindən danışsaq, onda burada söhbət həm Ermənistandan, həm də Azərbaycandan gedir.

Və yaxud qarşılıqlı məsələlərdə. Azərbaycan tərəfinin birtərəfli qaydada hansısa sənədinə baxılmamasına gəldikdə, belə şey olmayıb.

Xəbər lenti

Xəbər lenti