...

ARAZ ƏZİMOV: SÜLH DANIŞIQLARI EHTİYATLAR TÜKƏNMƏDİKCƏ DAVAM ETMƏLİDİR

Siyasət Materials 12 Oktyabr 2005 15:42 (UTC +04:00)
ARAZ ƏZİMOV: SÜLH DANIŞIQLARI EHTİYATLAR TÜKƏNMƏDİKCƏ DAVAM ETMƏLİDİR

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Ermənistan-Azərbaycan arasında danışıqlar bütün ehtiyatlar tükənmədikcə, davam etməlidir. Trend in məlumatına görə, bu barədə oktyabrın 12-də jurnalistlərə Azərbaycanın xarici işlrə nazirinin müavini Araz Əzimov məlumat verib.

"Hələlik münaqişənin nizamlanması üçün imkanlar var", -deyə A.Əzimov qeyd edib. O bildirib k, bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri öz aralarında bir sıra görüşlər keçirməyi, bundan sonra Cənubi Qafqaz regionuna səfər etməyi planlaşdırırlar. Regiona səfərdən sonra həmsədrlərin Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə dekabrın əvvəllərində ATƏT üzvü olan ölkələrin xarici siyasət idarələrinin rəhbərlərinin görüşünün keçiriləcəyi Lyublanada görüşməsi nəzərdə tutulub.

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün tarixinə toxunan XİN rəhbərinin müavini yeni görüşün nə zaman keçiriləcəyinin məlum olmadığını bildirib və belə görüşlərin yalnız"zəruri hallarda" keçirildiyini əlavə edib.

Rəsmi Bakının Beynəlxalq Böhran Qrupunun (BBQ) hesabatı və təkliflərilə bağlı mövqeyini şərh edərkən Araz Əzimov qeyd edib ki, BBQ kimi təşkilatların qeyri-rəsmi strukturlar olduğunu bildirib. "BBQ-nın tövsiyyə və təklifləri bu təşkilatın nümayəndələrinin şəxsi mülahizələrinin məhsuludur. Və mən yalnız ekspert kimi öz fikrimi ifadə edə bilərəm",- deyə diplomat bildirib. O qeyd edib ki, bu təklif Azərbaycanda rəsmi səviyyədə nəzərdən keçirilməyəcək.

Eyni zamanda, A. Əzimov qeyd edib ki, BBQ-nun açıqladığı sənəddə "" ekspertlərin qeyri-peşəkarlığı və kifayət qədər informasiya çatışmamazlığı ilə əlaqədar" çoxlu sayda səhvlər və çatışmamazlıqlar mövcuddur.

Xəbər lenti

Xəbər lenti