...

DEPUTATLAR MİSSİYALARINI BAŞA VURDUQDAN SONRA İKİ İL MÜDDƏTİNƏ MAAŞLA TƏMİN OLUNMALARINI İSTƏYİRLƏR

Siyasət Materials 12 Oktyabr 2005 17:02 (UTC +04:00)

"Növbəti parlament seçkilərində seçilməyən indiki deputatlar iki il müddətində əmək haqqı ilə təmin olunmalıdırlar" Bu barədə Milli Məclisin oktyabrın 12-də keçirilən növbəti iclasında millət vəkili Hidayət Qulamov çıxış edib.

Millət vəkili bildirib ki, bu məsələ öz həllini tapmaqdan ötrü derutatların statusu ilə bağlı sənədə yenidən baxılmalıdır: "Mən təklif edirəm ki, deputat missiyasını başa vuran şəxslər iki il müddətində deputat əmək haqqısı ilə təmin edilməlidirlər".

Digər millət vəkili Kərəm Əliyev də həmkarının fikirlərini dəstəkləyərək onu da əlavə edib ki, əgər parlamentin sabiq üzvlərinə iki il müddətində əmək haqqı ödəniləcəksə bu məbləğ indi deputatlara verilən maaşla eyni tutula bilər: "Bundan başqa əgər sabiq millət vəkili əlillik dərəcəsi ilə təqaüdə çıxarsa, bu zaman ona digər əlillərə şamil edilən qaydalar nəzərdə tutulmamalıdır".

Xəbər lenti

Xəbər lenti