...

MÜBARİZ QURBANLI: "MÜSAVAT BAŞQANININ XARİCİ DÖVLƏT BAŞÇILARINA ETDİYİ MÜRACİƏT ÜNVANLARINA ÇATMIR"

Siyasət Materials 12 Oktyabr 2005 18:50 (UTC +04:00)

"İsa Qəmbərin xarici dövlət başçılarına etdiyi müraciətlər ünvanlarına çatmır". Bu barədə Trend agentliyinə hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Qeyd edək ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər oktyabrın 11-də Azərbaycanda keçiriləcək növbəti parlament seçkilərinin saxtalaşdırılacağının qarşısını almaqdan ötrü ABŞ, Rusiya prezidentlərinə, Böyük Britaniya və Türkiyə Cümhüriyyətinin baş nazirlərinə müraciət ünvanlayıb.

Məlum məsələ ilə bağlı M.Qurbanlı qeyd edib ki, belə müraciət etməklə İ.Qəmbər yeni rola girir: "O, hər seçkiöncəsi belə addımlar atmaqla dünyanın diqqətini özünə yönəltməyə cəhd edir. Arxı atdanmamış "hop" deyən İsa Qəmbərin məlum dövlət başçılarına göndərdiyi müraciətlər Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir".

M.Qurbanlı bunu Azərbaycanda keçirilən və keçiriləcək seçkilərin şəffaflığı ilə əlaqələndirib: "Xalq arasında nüfuza malik olmayan bir şəxsin xaricə müraciətlər göndərməklə kömək ummasının özü biyabırçılıqdır. İsa Qəmbər xalqdan səs qazanmaq üçün xalqa müraciət etməlidir".

Xəbər lenti

Xəbər lenti