...

ABŞ KONQRESİNİN MİSSİYASI BAKIDADIR

Siyasət Materials 12 Oktyabr 2005 19:02 (UTC +04:00)

ABŞ Konqresinin missiyası 12-13 oktyabrda Bakıdadır.Bu barədə Trend ə ABŞ-nın Azərbaycandakı səfirliyində bildirilib.

Missiyaya Kaliforniya Ştatından olan nümayəndələr - respublikaçı Darrel İssa və demokrat Loretta Sançez daxildir. Bakıya səfər proqramının məqsədi yüksək vəzifəli məmurlar, siyasi liderlər, eləcə də energetika sahəsində olan nümayəndələrlə məsləhətləşmələr aparılmasıdır. Azərbaycanda parlament seçkiləri ərəfəsindəki vəziyyət də müzakirə ediləcək.

Oktyabrın 13-də konqresmenlərin mətbuat konfransı planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti