...

ABŞ DÖVLƏT DEPARTAMENTİNİN NÜMAYƏNDƏSİ MSK SƏDRİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 12 Oktyabr 2005 20:22 (UTC +04:00)

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya ölkələrinə yardım üzrə koordinatoru Tomas Adams oktyabrın 12-də Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb. Bu barədə Trend ə MSK-dan məlumat verilib.

MSK sədri qonaqlara müstəqil Azərbaycanın seçki tarixi, hazırki seçkilərin əsas anlayışları və prinsipləri barədə məlumat verib. O, qeyd edib ki, 90-cı illərdən indiyə kimi Azərbaycan seçicisinin seçkiyə münasibətində müsbət irəliləyişlər müşahidə edilir: "Demokartik seçkilərin keçirilməsi istiqamətində əhəmiyyətli nailiyyətlər əldə olunub. Lakin biz bununla kifayətlənmək fikrində deyilik. Seçki praktikasını daha da təkmilləşdirmək əzmindəyik. Prezidentin 11 may 2005-ci il tarixli "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair" sərəncamı da bizə inamlı addımlar atmaq üçün stumul verir"-deyə MSK sədri vurğulayıb.

Tomas Adams seçici vəsiqələrinin seçicilərə çatdırılması sahəsində işlərin gedişi, icra hakimiyyəti başçılarının seçki prosesinə qeyri-qanuni müdaxiləsi ilə bağlı faktların olub-olmaması və digər məsələlər barədə suallar verib. MSK sədri seçici vəsiqələrinin paylanılması prosesinin qənaətbəxş səviyyədə getdiyini bildirib və qeyd edib ki, səsvermə gününə qədər seçicilərin böyük əksəriyyəti bu sənədi alacaqlar. İcra hakimiyyəti başçılarının seçki prosesinə qeyri-qanuni müdaxiləsi ilə bağlı isə MSK-ya şikayətlər daxil olsa da, bunlar öz təsdiqini tapmayıb. "Bu məsələ ilə bağlı əlimizdə konkret fakt yoxdur"-deyən M.Pənahov qonağın digər suallarını da cavablandırıb.

Xəbər lenti

Xəbər lenti