...

REGIONDA İLK TOXUMÇULUQ BAZASI YARADILIB

Siyasət Materials 13 Oktyabr 2005 11:36 (UTC +04:00)

Qərb bölgəsində fermerlərin toxumçuluq sahəsində olan problemlərini həll etmək üçün Gəncə aqrar elm mərkəzi yeni layihə həyata keçirir. Layihədə əsas məqsəd bölgədə taxıl toxumçuluq sistemini yaratmaqdır.

Mərkəzin direktoru Ziyad Abbasovun sözlərinə görə bu sistem nəticəsində 2005-2008-ci illər ərzində fermerləri yüksək keyfiyyətli toxumla təmin etmək mümkün olacaq. Bunun üçün ilk olaraq 3 toxumçuluq təsərrüfatı götürülüb və burada super elit toxum əkiləcək.

Gələn il əldə edilən 1-ci reproduksiyalı məhsul Samux, Tovuz, Şəmkir və Goranboy rayonlarının fermerlərinə veriləcək. Növbəti ildə isə bu işə daha çox fermer cəlb olunacaq ki, bu da bölgədə toxumçuluq problemini həll edəcək.

Xəbər lenti

Xəbər lenti